“Qərb Ermənistana göstərdiyi dəstəyi…”

media-hightechnic-468x90

jjiSon günlər Dağlıq Qarabağ probleminin mərhələli surətdə həlli ilə bağlı müxtəlif siyasilər tərəfindən irəli sürülən mülahizələrin sayı artmaqdadır. Bugünlərdə ABŞ-ın Ermənistandakı səfiri də problemin həlli üçün öncə 6 rayonun Azərbaycana qaytarılması gərəkdiyini, yalnız bundan sonra digər məsələlərin mərhələli surətdə həllinə nail olunması gərəkdiyini vurğuladı.

Ekspertlər isə hesab edir ki, başlanğıcda ilk olaraq 6 rayonun qaytarılması təklifi nə qədər cəzbedici görünsə də, əsas məsələ bütün rayonların geri qaytarılması, Qarabağın tam olaraq azad edilməsi olmalıdır. Başqa sözlə desək, Azərbaycan tərəfi bu təklifə yalnız o zaman razılıq verməlidir ki, digər rayonların da azad edilməsi məsələsi ilə bağlı bəribaşdan tam razılıq əldə olunsun. Politoloqlar hesab edir ki, digər rayonların taleyi ilə bağlı danışıqların 6 rayonun geri qaytarılmasından sonra aparılması o qədər məqsədəuyğun deyil və bu, Ermənistana əlavə manevr imkanları qazandıra bilər.

Açıqlama verən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Qarabağ probleminin mərhələli həllinə nail olmaq üçün Qərbin Ermənistana göstərdiyi bütün dəstəyi kəsməsi vacibdir. Ekspertin qənaətincə, belə olarsa o zaman Ermənistan məcburiyyət qarşısında qalıb Qarabağın digər rayonlarının da Azərbaycana qaytarılmasına razılıq verməli olacaq: “Bu məsələdə çox şey Qərbin məsələyə baxışından, onun atacağı addımlardan asılıdır. Reallıq bundan ibarətdir ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın əlində alət olan cinayətkar dövlətdir. Əgər bu həqiqət Qərb tərəfndən dərk olunsa və əgər Qərb Ermənistana göstərdiyi dəstəyi – maliyyə, mənəvi, siyasi və s. dəstəyi kəssə, o zaman problemin mərhələli həllinə ümid etmək olar. Onda inanmaq olar ki, problemin mərhələli həlli ilə bağlı deyilənlər reallaşa bilər və Azərbaycan problemin bu şəkildə həllinə razılıq verməklə öz ərazilərini müəyyən müddət ərzində geri qaytarar”.

Ekspertin bildirdiyinə görə, Qarabağın Azərbaycana qaytarılması fonunda ermənilərin əldə edəcəyi yeganə qazanc isə öz təhlükəsizlikləri ilə bağlı zəmanət almaları ola bilər: “Ermənistanın problemin mərhələli həllinə razılıq verməsi və sonrakı etablarda digər rayonları azad etməsi üçün ilk öncə onun Qərbin yardımından məhrum olduğunu dərk etməsi zəruridir. Yalnız belə olan təqdirdə Ermənistan sonrakı dönəmlərdə digər rayonları da Azərbaycana qaytarar və sonda Azərbaycanbın ərazi bütövlüyünü tanıyar. Qarabağ ermənilərin isə qazancı bu ola bilər ki, onların təhlükəsiz bir şəraitdə, əminamanlıq içində yaşamaq hüququ təmin edilər. Problemin mərhələli həlli üçün proseslərin məhz bu məcrada inkişafı zəruridir”.

Politoloq hesab edir ki, Ermənistan indiki məqamda Azərbaycanın işğaldakı bütün torpaqlarını deyil, yalnız 6 rayonu geri qaytarmağı planlayır ki, bunun müqabilində Dağlıq Qarabağa sahib olmaq istəyir. Hansı ki, Azərbaycanın belə bir həll variantına razılıq verməsi Dağlıq Qarabağın həmişəlik və qəti olaraq itirilməsi demək olar: “Bu gün isə görünən odur ki, Ermənistanın niyyəti bir xeyli fərqlidir. Belə ki, Ermənistan 6 rayonu Azərbaycana qaytarmaqla Dağlıq Qarabağı əlində saxlamağa çalışır. İstəyir ki, 6 rayonu geri qaytarmaqla Azərbaycanı problemin bu şəkildə həllinə razı salsın və Dağlıq Qarabağı əlində saxlasın. Başqa sözlə desək, Ermənistan bu yolla Dağlıq Qarabağa həmişəlik sahiblənməyə çalışır. Bu isə Azərbaycanı qane edə bilməz və etmir də”.

Ekspertin bildirdiyinə görə, problemin həllində Qərbin yardımı mühüm əhəmiyyət kəsb edir. Ukraynanın seperatçılara qarşı məhz Qərbin dəstəyi hesabına müqavimət göstərdiyinə diqqət çəkən politoloq, Azərbaycana beə bir dəstəyin veriləcəyi təqdirdə Dağlıq Qarabağın azad edilməsinin mümkün olduğunu vurğuladı: “Qərb necə ki, Ukraynadakı seperatçılara qarşı mübarizədə hökumətə dəstək verir, onların mübarizəsini dəstəkləyir, eyniylə Azərbaycana da bu cür dəstək durmalı, onun öz ərazi bütövlüyünü təmin etməsinə yardımçı olmaldır. Təbii, bu məsələdə Azərbaycan dövlətinin özünün də üzərinə çox böyük məsuliyyət düşür. Bütün məsələ bundan ibarətdir. Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün bu imkanlardan istifadə etməlidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600