Ağstafa rayonunda ağır yol qəzası baş verib. Qəzada xəsarət alan Dünyamin Novruzov, İqbal Novruzov, Aytən Novruzova və iki azyaşlı uşaq hazırda Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yenicag.az-a açıqlama verən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva xəsarət alanların vəziyyətinin ağır olmadığını deyib:
“Namazov İqbal bizim xəstəxananın həkimidir. Maşını idarə edən dayısı Dünyamin olub. O, ümumiyyətlə, xəsarət almayıb. İqbalın iki azyaşlı uşağı və xanımının burun sıyrıqları vardı, ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Namazov İqbal isə hazırda xəstəxanada öz işinin başındadır”.
Qeyd edək ki, İqbal Namazov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.
Xəbəri Report yayıb.
Cəvahir
www.yenicag.az