Reklam

Reklam

Sənət adamları da Prezident seçkilərində səsvermədə iştirak edib.

Yenicag.az-a açıqlama verən xalq artisti Mənsum İbrahimov Səbail rayonunda  səs verib:

“Ailəvi olaraq səsvermədə iştirak etdik. İlk dəfə olaraq səsverməyə nəvəmi də apardım. Seçimimiz də bəllidir”.

Xalq artisti Nəzakət Teymurova Nərimanov rayon 14 saylı seçki dairəsində səs verib: “İlk dəfə idi ki, qızım da mənimlə bərabər səs verdi. Seçimimiz də bəllidir, ən layiqli namizədə səs verdik”.

Müğənni Manaf Ağayev Xəzər rayonunda səsverməyə qatılıb. Sənətçi ailə üzvləri ilə birgə dəstəklədikləri namizədə səs verib.

Müğənni Nadir Qafarzadə də seçimini çoxdan etdiyini və dəstəklədiyi namizədə səs verdiyini bildirib. Müğənni ailəsi ilə Nəsimi rayon seçki dairəsində səsverməyə qatılıb: “Səbrsizliklə nəticələri gözləyirəm. Bilirəm ki, ən layiqli namizəd Prezidentimiz olacaq”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1818
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.