“… qızım var, gərək evim olsun”

media-hightechnic-468x90

27948_tlycrgt6lwYanvarda yeni serialı ilə ekranlara gələcək almaniyalı aktrisa Məryəm Üzərli “Elle” jurnalına müsahibə verib.

Berlindən Türkiyəyə qayıtmağa hazırlaşan aktrisa sevgilisi, iş adamı Can Atəşlə münasibətlərindən və qızı Laradan danışıb:

“Artıq bu dəfə oteldə qalmaq istəmirəm. Çünki qızım var, gərək evim olsun. Bir neçə ay əvvəl Canla görüşüb hər şeyi danışdıq. Necə oldu ki, bu vəziyyətə gəldiyimizi aydınlaşdırdıq. Hazırda onunla dostuq. Laranı çox sevirik, ana-ata olaraq onu xoşbəxt etmək üçün əlimizdən gələni əsirgəmirik. Can istədiyi zaman ziyarətimizə gələ bilər. O, Laranın atasıdır. Qapım hər zaman ona açıqdır. Biz onsuz da, telefonla danışırıq, bir-birimizə mesaj yazırıq”.

M.Üzərli yenidən kimisə sevib-sevməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Nə vaxtsa kimisə yenidən sevə bilərəm. Həyatımı bölüşəcəyim bir insanın həsrətini çəkirəm. Həmin adamla nə vaxt qarşılaşacağımı Allah bilir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600