Qubad İbadoğlu Beynəlxalq Valyuta Fondunda görüş keçirib
Hazırda ABŞ-da səfərdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu aprelin 6-da Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş ofisində Yaxın Şərq və Mərkəzi Asiya departamentinin məsləhətçısi Raja Almarzoqi və baş iqtisadçısı Maria Albino-Warla görüşüb. Görüş zamanı Azərbaycan iqtisadiyyatının devalvasiyadan sonrakı durumu, yeni tendensiyalar və gözləntilər barədə müzakirələr aparılıb.
Həmin gün Qubad İbadoğlu həmçinin ABŞ Dövlət Departamentininin təşkilatçılığı ilə Açıq Hökümət Tərəfdaşlığı (AHT) üzrə beynəlxalq təşəbbüslə bağlı müzakirələrə qatılıb. Müzakirələrdə Dövlət Departametinin AHT üzrə əlaqələndirici və Demokratiya,İnsan haqları, əmək bürosunun baş məsləhətçısi Laurens Sperlinq, AHT Beynəlxalq İdarə Heyətinin üzvü Nathaniel Heller və AHT dəstək bölməsinin direktor müavini Joy Povel iştirak edib. Görüşdə Azərbaycanın bu təşəbbüsdə iştirakı məsələləri müzakirə olunub.