Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a daxil olan məlumata görə, aprelin 11-də saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib: “Daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür”.
www.yenicag.az