Qubada ticarət mərkəzində yanğın

media-hightechnic-468x90

Quba rayonunda “Birja” ticarət mərkəzində yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəliblər.

Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan və yanğının başvermə səbəbləri araşdırılır. /”Report”/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600