!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov: "Hazırda Premyer Liqada elə komandalar çıxış edir ki..."

!Reklam – Yazi

Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil.

Yenıcag.az xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında Qurban Qurbanov deyib.

İcraiyyə Komitəsinin üzvü tədbirdə müzakirə olunan məsələlər barədə danışıb: “Futbolumuzun gələcək planları ilə bağlı uzun söhbətlərimiz oldu. Daha çox nələrə diqqət ayrılmalıdır, bu barədə müzakirələr getdi”.

“Qarabağ”ın baş məşqçisi yeni mövsümdən etibarən klub sayının artırılmamasının səbəbini bu cür izah edib: “Klubların hazırkı şəraiti, infrasturktur nəzərə alınaraq komanda sayının artırılmamasına qərar verildi. Hazırda Premyer Liqada elə komandalar çıxış edir ki, onların belə stadion problemləri var. Gələcək illərdə klubların sturkturlarının daha da yaxşılaşdırlması yönündə məsələləri müzakirə etdik. Görünən odur ki, gələcəkdə komandaların strukturlarının yaxşılaşdırılması AFFA tərəfindən ediləcək. Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq. Yalnız bundan sonra çempionatda komanda sayı çoxala bilər. Hətta iclasda Premyer Liqada komanda sayının Avropanın aparıcı çempionatlarında iştirak edən klubların sayı qədər artırıla biləcəyi mövzusundan danışıldı”.

Q.Qurbanov legioner limiti və I Liqadan Premyer Liqaya yüksələcək komanda məsələsinə də toxunub: “Legioner limiti 7+4 olaraq qaldı, 2025/2026 mövsümündən etibarən 8+3 olaraq dəyişəcək. I Liqada çempion olacaq komanda isə Premyer Liqa üçün hazır olmalıdır. Hər bir sənədi düz olarsa, lisenziya veriləcək”./Report/

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv