Rasim Balayev doğum günündə KÖVRƏLDİ: “Finişə yaxınlaşıram”

media-hightechnic-468x90

“Yaş üstə yaş gəldikcə, düşünürəm ki, artıq finişə yaxınlaşıram”.

Bu sözləri tanınmış aktyor, Xalq artisti Rasim Balayev doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti kinodan uzaq düşdüyünə görə təəssüfləndiyini dilə gətirib:

“Əvvəllər uşaq vaxtı yaş üstə yaş gəldikcə, sevinirdim ki, böyüyürəm. Amma indi yaş üstə yaş gəldikcə, düşünürəm ki, artıq finişə yaxınlaşıram. İçimdə təəssüflənirəm ki, son illər yaxşı filmlər olmadı ki, çəkilim. Bir yandan da sevinirəm, deyirəm, nə yaxşı ki, zamanında o gözəl filmlərdə rol aldım. O filmlər məni yaşadır”.

Aktyorun ən böyük arzusuna gəlincə, cavabı belə oldu:

“Bu yaşımda arzularım ancaq sağlamlığımla bağlıdır. Allah mənə sağlam can versin, heç kimə möhtac olmayım”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa