Həbsdə olan jurnalist Rauf Mirqədirova bu gün hökm oxunacaq.
R. Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi bu gün saat 11:00-a təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, dekabrın 25-də keçirilən proses zamanı R. Mirqədirov son söz deyib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib və məhkəmədən bəraət istəyib.
Bundan sonra hakimlər müşavirəyə gediblər.
Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.(APA)
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
www.yenicag.az