!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Regional İnkişaf” İctimai Birliyi sakinlərlə görüş keçirir – Yevlax və Şəkidə

!Reklam – Yazi

44444444444Heydər Əliyev Fondunun təşəbbüşü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Yevlax şəhərində toplantısı keçirilib.

İclasda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddət ərzində gördüyü işlər, həyata keçirilən layihələr, həmçinin Fondun yeni yaradılan İctimai Birliyinin fəaliyyəti barədə məlumat verib.

Anar Ələkbərov bildirib ki, dövlət tərəfindən aparılan işlərlə yanaşı, Heydər Əliyev Fondu da yarandığı 2004-cü ildən etibarən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə tariximizin yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisinə nail olmaq məqsədilə elm və təhsil, səhiyyə, ekologiya, idman və digər sahələrin inkişafı istiqamətində müxtəlif proqramlar və layihələr həyata keçirib.

Bu günədək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 412 yeni məktəb inşa olunub. “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri üzrə paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə indiyədək Azərbaycanda 50-ə yaxın dini məbəd, o cümlədən 500-ə yaxın mədəniyyət obyekti əsaslı təmir olunub.

Heydər Əliyev Fondu tərəfindən o cümlərən Yevlax rayonunun Hacıselli kəndində 200, Nəmərli kəndində 100 yerlik yeni məktəb binaları inşa olunub, 360 yerlik Kövər kənd məktəbi yenidən qurulub.

Xüsusi ilə erməni diasporunun güclü olduğu ölkələrdə Fond tərəfindən Azərbaycan həqiqətlərinin tanıdılması, ölkəmizlə bağlı müxtəlif tədbirlərin keçirildiyini vurğulayan Anar Ələkbərov bildirib ki, bütün bunlar Fondun prezidenti Mehriban Əliyevanın səyi və yorulmaz fəaliyyətinin nəticəsidir.

Heydər Əliyev Fondu fəaliyyətini, həmçinin Azərbaycanın regionlarında da genişləndirir. Anar Ələkbərov bildirib ki, Fond ilkin mərhələdə 2016-2017-ci illər üzrə regionlarda fəaliyyətini genişləndirəcək. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Təşkilatın ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər gördüyünü deyən Anar Ələkbərov hamını, xüsusilə gəncləri birliyin fəaliyyətində yaxından iştirak etməyə, təkliflər verməyə dəvət edib. Çünki məhz bu təkliflər hər hansı bir layihənin icrasına təkan verə bilər. Daxil olan müraciətlər üzrə artıq elektron baza yaradıldığı və onun icrası ilə bağlı məsələlərin daim nəzarətdə saxlanıldığı qeyd edilib. Anar Ələkbərov deyib ki, İctimai Birlik əsasən əhalini kollektiv formada narahat edən problemlərin həllinə çalışır, yəni şəxsi deyil, ümumilikdə region, rayon, kənd əhalisini narahat edən məsələlərin həllinə yönələn tədbirlər həyata keçirir.

Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev bildirib ki, fəaliyyətə başladığı 4 ay müddətində İctimai Birliyə regionlardan yaşayış sahələrinin qaz təchizatının yaxşılaşdırılması, keyfiyyətli elektrik enerjisi, içməli və suvarma suyu, telefon, internet və poçt rabitəsi ilə təminat, magistral və kənddaxili yolların təmiri, ekologiya və ətraf mühitin qorunması, həmçinin turizmin inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərə sağlam həyat tərzinin aşılanması və digər istiqamətlərdə çoxsaylı müraciətlər daxil olub. Bütün müraciətlər, materiallar ətraflı təhlil edilib və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində onların həlli istiqamətində konkret addımlar atılmaqdadır. Məhəmməd Abdullayev bildirib ki, Aran regionu böyük bir ərazini əhatə etdiyindən, İctimai Birlik əhali ilə daha sıx təmasda olmaq məqsədilə regionu şərti olaraq Aran-1 və Aran-2 adlandırıb. Aran-2 regionu üzrə fəaliyyət Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, İmişli, Beyləqan rayonlarını və Mingəçevir şəhərini əhatə edəcək. Nümayəndələr Yevlax şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi 2016-cı ilin mart ayından fəaliyyətə başlayıb. Artıq İctimai Birliyin 5 regional mərkəzi yaradılıb.

İctimai Birliyin üzvləri, könüllülər sakinlərlə daima ünsiyyətdə olur. Eyni zamanda İctimai Birliyə 150 “qaynar xətt”i, elektron poçt ([email protected]), sosial şəbəkələr (www.facebook.com/regionalinkishaf, instagram.com/regionalinkishaf) vasitəsilə, 050 500 01 50 “WhatsApp” nömrəsi ilə əlaqə saxlayaraq müraciətlər, təkliflər, foto və video materialları göndərmək, eləcə də təşkilata könüllü kimi qoşulmaq (http://riib.az/site/bizeqoshul) mümkündür.

Toplantıda çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov isə bildirib ki, İctimai Birlik qısa müddət keçməsinə baxmayaraq bir çox istiqamətlərdə uğurlar əldə edib. O, bölgənin ağsaqqal və gənclərini, bütövlükdə ictimaiyyəti İctimai Birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən məsələlərlə bağlı təkliflər verməyə çağırıb. Fuad Muradov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələr, proqramlar, həmçinin dövlət proqramlarının icrası üzrə uğurlu nəticələr əldə edilib. Onun sözlərinə görə, ölkənin ictimai həyatında aktiv fəaliyyət göstərən Heydər Əliyev Fondu, xüsusi ilə Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyəti hər bir insanın həyatı ilə sıx bağlıdır və Fonda daxil olan müraciətin heç biri diqqətdən kənarda qalmır.

Tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri və gənclər də Heydər Əliyev Fondunun bugünədək Yevlaxda müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən, inşa edilən təhsil və səhiyyə müəssisələrindən, uşaq evləri barədə danışıblar. Diskussiya formasında keçən tədbirdə rayonda istedadlı gənclərə dəstək, səhiyyənin inkişafı, əkin sahələrinin inkişafı üçün suvarma ilə bağlı məsələlərin həlli, pambıqçılığın və baramaçılığn inkişaf etdirilmısi, təhsil və idman sahələri üzrə, regionlarda insan kapitalının formalaşdırılması və digər məsələlərlə bağlı təkliflər dinlənilib.

Daha sonra Heydər Əliyev Fondunun nümayəndələri Yevlax rayonunun kəndlərində olublar, sakinlərlə görüşlər keçiriblər. Pambıq sahəsi ilə tanışlıq zamanı bildirilib ki, “Regional İnkişaf” İctimai Birliyinə pambıqçılığın inkişafı, suvarma sisteminin yaradılması ilə bağlı bır çox təkilflər daxil olub və onlar araşdırılır.

Eyni zamanda Şəki rayonunda əhali ilə görüşlər keçirilib. Burada təmirə ehtiyacı olan məktəbə baxış keçirilib. Bildirilib ki, İctimai Birliyə regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələrinin inşası və əsaslı təmir işləri ilə bağlı müraciətlər daxil olur. Daxil olan müraciətlər Təhsil Nazirliyi ilə birgə müzakirə olunacaq.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, həmçinin Şəki şəhərində qarışıq tipli uşaq evində olublar. 1930-cu ildən fəaliyyət göstərən bu uşaq evində Heydər Əliyev Fondunun sosial sahə və təhsil üzrə layihələri çərçivəsində əsaslı təmir işlərinə başlanacağı bildirilib.

Sonra Birliyin nümayəndələri Şəkidə meyvə bağlarının salındığı təsərrüfat sahəsində olublar. Bildirilib ki, Şəkidə bağçılıq və tərəvəzçilik sahəsini inkişaf etdirmək üçün yaxşı imkanlar var. Hazırda bu sahədə əsas problem isə suvarma ilə bağlıdır. Daha sonra rayon sakinləri ilə görüş olub. Görüşdə sakinlərlə yerindəcə bir sıra təkliflər müzakirə edilib. “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edən sakinlər bu təşəbbüsə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sakinlər, həmçinin əhalidən daxil olan şəxsi təşəbbüslərlə təşkilatın layihələrinə dəstək göstərəcəklərini deyiblər. Eyni zamanda arıçılıq təsərrüfatınin inkişafının vacibliyini bildirərək bu sahənin öyrənilməsi üçün maarifləndirici kursların təşkil olunmasını təklif ediblər. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən müxtəlif sahələr üzrə təlim kurslarının keçirildiyini bildirən Anar Ələkbərov təklif olunan maarifləndirici kursun da yaxın zamanlarda təşkil ediləcəyini deyib. Sonda Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Ramazan bayramı münasibətilə rayon sakinlərinə təbrikini çatdırıb.

COP29

www.yenicag.az

921
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv