Tanınmış aktyor, əməkdar artist Rəhman Rəhmanov müalicə olunduğu Bakı Sağlamlıq Mərkəzindən evə buraxılıb.
Yenicag.az-a açıqlama verən aktyor səhhətinin yaxşı olduğunu bildirib:
“Özümü çox yaxşı hiss edirəm. Ölümdən döndüm. Həyatımı Heydər Əliyev Fondunun Prezidenti, birinci vitse-prezident Mehriban Əliyevaya borcluyam. Onun dəstəyi olmasaydı, indi həyatda olmayacaqdım. Xəstəxanadan çıxan kimi poçta getdim və ona ünvanladığım minnətdarlıq məktubunu göndərdim. Ömrümün sonuna qədər o xanıma duaçı olacam. İki dəfə ağır əməliyyat keçirdim, kəfəni yırtdım. Mənə şəfa verən Zaur, Kamil, Şükür həkimə dərin minnətdarlığımı bildirirəm”.
Cəvahir
www.yenicag.az