!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəqəmsal savadlılıq: “Bütün peşələrin bu bacarıqlara ehtiyacı var”

!Reklam – Yazi

İndiki dövrdə rəqəmsal savadlılıq həyatımızın ayrılmaz bir hissəsi olub. İnternetin geniş imkanları və rəqəmsal texnologiyaların sürətlə inkişaf etməsi, məlumat əldə etmə və paylaşma üsullarımızı köklü şəkildə dəyişib. Rəqəmsal savadlılıq, yalnız texnoloji alətlərin istifadəsini deyil, eyni zamanda, bu alətlərin effektiv və təhlükəsiz şəkildə necə istifadə ediləcəyini də əhatə edir. Rəqəmsal bacarıqların inkişafı, istifadəçilərə müasir texnologiyalardan tam şəkildə yararlanmağa imkan yaradır. Bu bacarıqların artırılması, həmçinin şəxsi məhsuldarlığı artırmaq və müasir əmək bazarında rəqabət qabiliyyətini gücləndirmək üçün vacibdir. İnternet resurslarının doğru və səmərəli istifadəsi, rəqəmsal dünyada uğur qazanmağın açarlarından biridir.

Mövzu ilə bağlı Yenicag.az-a müsahibə verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, Rəqəmsal bacarıqlılıq hər dövrün inkişafına görə fərqlənir.

Həmin müsahibəni təqdim edirik:

-Rəqəmsal savadlılıq nədir və internet resurslarından effektiv istifadə üçün hansı əsas bacarıqlar tələb olunur?

-Rəqəmsal bacarıqlılıq hər dövrün inkişafına görə fərqlənir. Əgər bundan 5 il əvvəl rəqəmsal bacarıqlarda fərqli bir bacarıqlar gözləyirdiksə, bu gün artıq rəqəmsal bacarıqlar deyəndə daha fərqli bacarıqlar gözləyirik. Əvvəlki illərdə yalnız ofis proqramları və yaxud internetdə vaxt keçirmək, sosial şəbəkələrdən istifadə etmək kimi bacarıqlar görünürdüsə, bu gün artıq rəqəmsal bacarıq təkcə ofis proqramı istifadə edə bilmək və ya internetdə gəzmək və digər bunun kimi yumşaq bacarıqları əhatə etmir. Bu gün rəqəmsaı resurslar artıb. Dövlətin bir çox xidməti rəqəmsallaşıb. Telefon tətbiqlərində bir çox dövlət və özəl xidmətlər əlçatandır. Bu gün rəqəmsal bacarıqlar deyəndə daha fundamental biliklərin, yumşaq bacarıqların bizim üçün mənası daha fərqlənir. Yəni, artıq fundamental biliklərə yiyələnməliyik. Məsələn, artıq kompüter istifadəsində bir üst səviyyəyə keçməliyik. Rəqəmsal bacarıq deyəndə artıq bir çox platformanı əzbər deyil, məntiqi olaraq onların komfort zonamızda olacaq bacarıqları istifadə edə bilməliyik. Bunun üçün də kompüter, elektron cihazların istifadəsində daha da fundamental biliklərə yiyələnməliyik.

-İnternet resurslarından effektiv istifadə etmək üçün rəqəmsal bacarıqların inkişafı hansı aspektləri əhatə edir?

-Rəqəmsal bacarıq və internet resursları dedikdə, artıq kibergigenika da işin içindədir. Bu gün bütün təhlükələr rəqəmsal istiqamətdən üstümüzə gəlir və bunun üçün rəqəmsal bacarıqların içində kibergigenika qaydalarının mənilsənilməsi bu fikri əhatə edir. Bunun üçün internet resurslarından istifadəsi bu gün bir çox insan üçün əlçatandır. Onlardan səmərəli istifadə o deməkdir ki, onların içərisində bizə təhlükəli yaxud təhlükəsiz, faydalı olan resursları təhlil edə bilməliyik. Bir xidmətlə bağlı düzgün meyarları və kriteriyaları istifadə edə biliriksə, artıq internet resurslarını doğru istifadə edirik.

-Rəqəmsal savadlılıq artırmaq məqsədilə hansı onlayn alətlər və resurslardan istifadə edilə bilər?

-Bunun üçün internetdə bir çox rəqəmsal bacarıqları ölçən müxtəlif platformalar var. Rəqəmsal bacarıqları artırmaq üçün onlayn resurslardan, təbii ki, istifadə etmək olar. Bir çox tədris funksiyasını əvəz edən istər dil, istərsə də kompüter bacarıqlarını inkişaf etdirmək üçün bir çox onlayn xidmətlərdən istifadə edilə bilər, amma bu daha çox şəxsin peşəsinə, maraqlarına uyğun olmalıdır. Bu gün internetdə təkcə bir istiqamət yoxdur. Bütün istiqamətlər inkişaf oluna bilir və bunun üçün tək bir istiqamətin doğru olmadığını hesab edirəm.

 

-Rəqəmsal bacarıqların inkişafı gənclərin və ya tələbələrin təhsil həyatına necə təsir edir?

Bu günləri bütün peşələr – tibb, kənd təsərrüfatı, ekologiya, mühəndislik sahələrinin hər birisi artıq rəqəmsal bacarıqlar üzərində qurulub. Yəni, bütün sahələrdə kompüter istifadə olunur və yaxud digər cihazlar kompüterə qoşulur, nəticələr orada emal olunur və təhlil olunur. Bu səbəbdən də bütün peşələrin rəqəmsal bacarıqlara ehtiyacı olduğu üçün müxtəlif peşəyə üz tutmuş tələbələrin də hər birinin rəqəmsal savadlılığının olması mütləqdir.

-İnternet resurslarından istifadə edərkən təhlükəsizlik və məxfilik məsələlərini nəzərə almaq niyə vacibdir?

-Ümumiyyətlə, dövr elədir ki, artıq hər şey rəqəmsallaşıb. Rəqəmsallaşan bir dövrdə biz necə ki, əvvəllər dəyərli əşyalarımızı evimizdə saxlayırdıq və təhlükəsizlik baxımından onun qapısını qıfıllayırdıq, bu gün də bizim dövlətlə, bizneslə, şəxslərlə olan münasibətimiz rəqəmsal fəzada gedir. Bu rəqəmsal fəzanın da özünün təhlükəsizlik qaydaları var. Əgər bu gün rəqəmsal fəzada təhlükəsizliyimizi təmin etməsək, biznes, sosial münasibətlərdəki məxfiliyimiz pozulacaq və ya dövlət portallarında olan şəxsi məlumatlarımızı və ya banklarda olan vəsaitimizi qorumaq üçün bank kartının məlumatlarını qorumalıyıq. Bunun üçün də kibergigenika qaydaları dövrün əsas məqsədlərdir ki, bunlar mənimlənilməlidir və hamı bu məlumatları necə qorumalı olduğunu bilməlidir.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv