Rəvanədən Zaurun sualına REAKSİYA: “500 minlik maşın sürsə də...”
“Əgər o müğənni oxuya bilmirsə, 200 minlik yox, 500 minlik maşın sürsə də, heç nəyi dəyişmir”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rəvanə Əmiraslanlı “Həmin Zaur” verilişində deyib.
Sənətçi aparıcı Zaur Kamalın “sənət adamı harasa bahalı maşında gəlirsə, deməli, bahalı müğənnidir” fikrinə belə cavab verib:
“Efirlər bunun təbliğatını aparır ki, “sənət adanı bahalı maşın sürürsə, deməli, bahalı müğənnidir”. Tamaşaçıda da bu fikri yaradıblar. Həqiqi tamaşaçı üçün müğənninin bahalı, ya ucuz avtomobil sürməsi heç bir önəm daşımır. Ona sənətinə görə dəyər verir. Əgər o müğənni oxuya bilmirsə, 200 minlik yox, 500 minlik maşın sürsə də, heç nəyi dəyişmir”.
Nehru