Ronaldo ermənilərə qarşı
Bu gün Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
Bu gündən başlayacaq qrup mərhələsinin matçları 3 gün davam edəcək.
İ qrupunda yer alan Portuqaliya yığması bu gün Ermənistanı qonaq edəcək. Danimarka və Albaniyadan sonra 3 xalla qrupda III yeri tutan Kriştiyano Ronaldonun komandası Ermənistan üzərinsə qələbə qazanıb xallarının sayını 6-ya yüksəltmək niyyətindədir.
Portuqaliya-Ermənistan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.