Ronaldodan yeni rekord

media-hightechnic-468x90

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun üzvü Kriştianu Ronaldo yeni rekorda imza atıb.

Yenicag.az xəbər verir ki, 39 yaşlı forvard ardıcıl 23 mövsümdə ən azı bir qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Onun bu uğuru Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçına təsadüf edib. Ulduz oyunçu “Əl-Taavun”a qarşı görüşdə fərqlənib.

Qeyd edək ki, “Əl-Nəsr” Superkubokun finalında “Əl-Hilal” komandası ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 17-də keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600