Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqlarda müzakirə konstruktiv keçib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
“Birləşmiş Ştatlar bank və müqavilə xidmətlərinə çıxış imkanları, eləcə də ABŞ-nin Moskvadakı səfirliyində sabit və dayanıqlı kadr səviyyəsinin təmin edilməsi zərurəti ilə bağlı narahatlıqlarını ifadə edib. Konstruktiv müzakirələr zamanı hər iki tərəf bu sahələrdə ikitərəfli missiyaları sabitləşdirmək üçün konkret ilkin addımları müəyyən edib”, – məlumatda qeyd olunub.
Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edib. Yuxarıda sadalanan məsələlərlə bağlı növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər. Tarix və yer daha sonra müəyyən olunacaq.
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında görüş keçirilib. Təxminən altı saat yarım davam edən danışıqlarda iki ölkənin səfirlik və konsulluqlarının işinin bərpası ilə bağlı məsələlər müzakirə olunub./unikal
www.yenicag.az