“Rusiya Azərbaycanla pul qopartmaq …”

media-hightechnic-468x90

ghukjiol“Azərbaycan iri silah istehlakçısı kimi Rusiyanın maraqlarında ön yerlərdən birini tutmağa başlayıb”.

Bu sözləri  politoloq Qabil Hüseynli Rusiyanın Azərbaycanla yeni silah sazişi imzalamaq istəkləri ilə bağlı informasiyanı şərh edərkən deyib.

O, Azərbaycanın Rusiyadan ən müasir silahları almaq niyyətində olduğunu bildirib:

“Rusiya Azərbaycanla pul qopartmaq yox, normal hərbi saziş imzalamaq istəyir. Çünki Rusiyanın dünyaya silah ixracı xeyli azalıb. Yəni Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun silah istehsalına da təsir edib. Bax, bu nəzərdən Azərbaycan iri silah istehlakçısı kimi Rusiyanın maraqlarında ön yerlərdən birini tutmağa başlayıb. Azərbaycan daha modern silahlara sahib olmaqda maraqlıdır. Azərbaycan bu dəqiqə MİQ-31, Su-29 təyyarələrini almaq istəyir. Həmçinin raketdən müdafiə sistemləri Favorit-300 SS alınıb, amma indi onun daha da təkmilləşdirilmiş versiyası olan Favorit-400 SS bizim marağımızdadır. Bütövlükdə havada hökmranlığa nail olmaqdan ötrü Azərbaycan Rusiyanın ən müasir silahlarını almaq niyyətindədir. Bundan əlavə isə Azərbaycan zirehli texnikaları Bakının diqqətindədir. T-90C tanklarından 100 ədəd almağımıza baxmayaraq, bunları hələ artırmaq fikrimiz var. Planda həmçinin ZTR, özü yeriyən Qaubitsa tipli artilleriya qurğuları da var. Bir sözlə, Azərbaycan ən müasir silahları almaq niyyətindədir”.

Politoloq həmçinin silah satışında Azərbaycanın Rusiya üçün ən yaxşı variant olduğunu söyləyib:

“Roqozinin səfərindən sonra Azərbaycan-Rusiya əməkdaşlıq komissiyası bu işdə bütün gücünü sərf edəcək. Mən müqavilənin imzalanması üçün iki-üç ay müddətini son müddət hesab edirəm. Bu danışıqlardan sonra ekspertlər səviyyəsində dərhal iş başlayacaq. Əvvəla, Azərbaycanın istədiyi silahlar müəyyən ediləcək. Sonra onun qiyməti və Azərbaycana nə vaxt təhvil veriləcəyi müddət müəyyənləşəcək. Yaxın iki-üç aya həmin müqavilələr mütləq imzalanacaq. Rusiyaya bu dəqiqə pul lazımdır və o yəqin ki, Azərbaycanın tələblərini birinci növbədə nəzərə alacaq. Hazırda ruslar üçün ən əlverişli variant Azərbaycandır”.

Qeyd edək ki, dünən Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin İlham Əliyevlə də görüşü zamanı iki ölkə arasında hərbi texniki əməkdaşlığın bundan sonra daha sıx şəkildə inkişaf etdiriləcəyinə işarə edilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600