Rusiya təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin siyahısı açıqlanıb

media-hightechnic-468x90

6eb61163c4777c539e7986bcd2e492dcRusiyanın “Life News” agentliyi Misirdə qəzaya uğramış “Koqolımavia” şirkətinə məxsus təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını əldə edib. APA-nın məlumatına görə, siyahıda 210 nəfərin adı yer alıb. Onlar arasında azərbaycanlı soyadı yoxdur.

Hadisə ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyində “qaynar xətt” yaradılıb.

Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.

Qəza nəticəsində onların hamısının öldüyü bildirilir.

Qeyd edək ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600