Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər

media-hightechnic-468x90

Rusiyanın Voloqda vilayətinin hakimiyyəti miqrantlara tikinti sahələrində işləməyi qadağan edib.

Yenicag.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Georgi Filimonov göstəriş verib.

Miqrantlar üçün qadağan olunmuş məşğulluq sahələrinin yeni siyahısına binaların tikintisi və sökülməsi, sənaye avadanlığının quraşdırılması, tikinti sahələrinin hazırlanması, həmçinin tamamlama və dam örtüyü işləri daxil edilib. Müvafiq sənəd bir gün əvvəl imzalanıb və artıq qüvvəyə minib.

Qeyd edək ki, analoji qadağa Krasnodar vilayətində də tətbiq edilib. Miqrantlar dekabr ayından oradakı tikintilərdə işləyə bilmir./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa