Rusiyanın gizli iqlim silahı var
“Mən ehtiyata olan podpolkovnikəm və Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının bilavasitə gizli iqlim silahı ilə məşğul olan bölməsinə rəhbərlik etmişəm. Belə bir silah var və onun təsiri nüvə silahınınkı ilə müqayisə edilə bilər”.
Bu gözlənilməz açıqlamanı rusnovosti.ru saytına Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tışkovets verib. Onun sözlərinə görə, Rusiyada bu silah olsa da, ondan istifadə edilmir. Ancaq amerikanlar mütəmadi olaraq iqlim silahı ilə “oyun çıxarırlar”. Məsələn, ABŞ həmin silahı 2005-ci ildə Yuqoslaviya, Vyetnam və Koreyada kənd təsərrüfatı məhsullarını məhv etmək məqsədilə işlədib.
Hazırda sinoptik kimi çalışan keçmiş Baş Qərargah əməkdaşı vurğulayıb ki, iqlim silahının tətbiqinin nəticələrini əvvəlcədən hesablamaq çox çətin olduğundan Rusiya hələlik həmin silahı “dondurub”.
Gizli xidmət sahəsində işləmiş keçmiş rus hərbçisinin bu hərbi sirri(?) kimin sifarişi və hansı məqsədlə yayması isə sual altındadır.