“Rusiyanın öz məqsədlərinə çatmaq üçün… ,”

media-hightechnic-468x90

dgh“Rusiyanın öz məqsədlərinə çatmaq üçün Ermənistan və Azərbaycanı birləşdirməyə çalışdığı fikri ilə razıyam”.

Bunu “Haykakan Jamanak” qəzetinə müsahibəsində Avropa Siyasətlər Mərkəzinin analitiki Amanda Paul deyib. Onun sözlərinə görə, Rusiya əlaqələrindən istifadə edərək bölgədəki dövlətlərdə əsəbi aura yaradır:

“Ukraynada baş verən hadisələr bölgədəki gərginlik mühitini artırır. Çünki Ermənistan və Azərbaycan bu hadisələrdən təsirlənirlər. Rusiyanın burada ortaya qoyduğu mövqe əsəbi mühit yaratmağa meyillidir. Rusiya əlaqələrindən istifadə edərək bölgədəki dövlətlərdə əsəbi aura yaradır. Rusiyanın Ermənistan və Azərbaycanı məqsədlərinə çatmaq üçün birləşdirməyə çalışdığı fikri ilə razıyam. Problem burasındadır ki, Rusiya nə döyüş, nə də sülh istəyir. Çünki bugünkü vəziyyət ona sərf edir. Ola bilsin, Rusiyanın niyyəti bu addımı atmaqla özünün “Beynəlxalq sülhpərvər güc” imicini yaratmaqdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600