Sabahın hava proqnozu açıqlandı

media-hightechnic-468x90

İyunun 28-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa