!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova Mahmudlu kəndində seçicilərlə görüşdü - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti görüş Şəmkir rayonunun Mahmudlu kəndinin seçiciləri ilə keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev növbədənkənar parlament seçkilərinin əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığı və YAP-ın 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarovanın fəaliyyəti haqqında  məlumat verib. O, Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən bütün digər seçkilərdə olduğu kimi bu seçkilərdə də qələbə qazanmaq əzmində olduğunu bildirib.

Görüşdə Mahmudlu kəndinin sakinlərini səmimiyyətlə salamlayan Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi, VI çağırış  Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm nailiyyətlər barədə məlumat verib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin  dayandığını söyləyən Sahibə Qafarova vurğulayıb ki, bu yeni mərhələdə də ölkəmiz cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın birlik və həmrəyliyi ilə uğurlu və dinamik inkişafını davam etdirəcək.

Azərbaycanın sosial-iqtisadi prioritetlərindən birinin regionların davamlı inkişafın təmin edilməsinin təşkil etdiyini bildirən YAP-ın namizədi deyib ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Şəmkir rayonunda da bu istiqamətdə geniş tədbirlər həyata keçirilib.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində həm Şəmkir rayon mərkəzində, həm rayonun kəndlərində seçicilərlə görüşlərini xatırladan Sahibə Qafarova  vurğulayıb ki, bu görüşlərdə vətəndaşlar dövlətin həyata keçirdiyi tədbirlərdən razılığını bildiriblər. Hər bir dövlətin demokratik inkişafında seçkilərin mühüm rol oynadığını qeyd edən VI çağırış Milli Məclisin sədri Şəmkir rayonun, o cümlədən Mahmudlu kəndinin seçicilərinin sentyabrın 1-də yüksək fəallıq göstərəcəklərinə və seçki məntəqələrinə gedib öz istədikləri namizədə səs verəcəklərinə inamını ifadə edib. Sahibə Qafarova seçicilərə həmçinin özünün fəaliyyəti, seçicilərin etimadını qazaraq növbəti dəfə Milli Məclisin deputatı seçiləcəyi təqdirdə diqqət ayıracağı məsələlər barədə məlumat verib.

Görüşdə çıxış edən Mahmudlu kəndinin seçiciləri sentyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.

COP29

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv