Şamil Tağıyev Fonddan təqaüd alanların siyahısını açıqlayıb

media-hightechnic-468x90

imageBu gün Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu tələbələri illik konqresində toplayıb. Bu dəfəki görüş Fondun ofisində keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə, Fondun direktoru Şamil Tağıyev, üzvlər Binnət Bünyadov  və Mahnur Səfiyeva çıxış ediblər.

Direktor yay sessiyasının yekunu üzrə Fonddan təqaüd alanların siyahısını açıqlayıb, və Rusiya universitetlərində azərbaycanlı əlaçı tələbələrin sayının daha da artacağına ümid etdiyini vurğulayıb.

Görüşdə Fondun inkişafına və dostluq əlaqələrinə dair fikirlər irəli sürülüb. Tələbələr könüllü olaraq sosial fəaliyyət təşkil etmək istədiklərini ifadə ediblər.

Tədbirin aktual mövzularından biri isə həftəsonu məktəbi İDRAK-da azərbaycan, rus, ərəb, ispan və ingilis dili, həmçinin Azərbaycan tarixi dərslərinin keçirilməsi olub.

Qeyd edək ki, Bazar günü məktəbi olan “İdrak” yeni dərs ilinə 27 sentyabr tarixində başlayacaq.

Məktəbin açılışında Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev iştirak edəcəyi gözlənilir.

image

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600