Samirədən onu QINAYANLARA: “Dedi, oxuduğun mahnılardan balıq, “ikra” iyi gəlsin”

media-hightechnic-468x90

“Bir dəfə dostum mənə dedi, elə mahnılar oxu, o mahnılardan balıq, “ikra” iyi gəlsin”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Samirə Yusifqızı “Elgizlə izlə verilişində deyib.

Sənətçi yeni mahnısına görə onu qınayanlara səslənib:

“Bütün janrlarda musiqilər oxumuşam. Milli, estrada, pop… Digər dillərdə də mahnılar oxumuşam. Bir dəfə dostum mənə dedi, elə mahnılar oxu, o mahnılardan balıq, “ikra” iyi gəlsin. Sən oxuduğun mahnılar efir, səhnə üçündür, o mahnılarla çörək qazana bilməyəcəksən. Öyrəniblər məndən əsl musiqilər eşitməyə, amma daha bəsdir, belə “çörəkli” mahnılar da lazımdır. Heç kim də məni qınamasın, trenddə elə mahnılar var ki, heç bir məna da ifadə etmir. Nə olub mənim oxuduğum mahnılara?!”

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600