!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"SAMSUNG" təkmilləşdirilmiş kamera sensorundan istifadə edəcək - FOTO

!Reklam – Yazi

“Samsung” şirkətinin növbəti flaqman modeli olan Galaxy S11-də bu ilki haqqında çoxca bəhs edilən 108 Mp-lik kamera sensorundan istifadə edəcək.

Yenicag.az xəbər verir ki, avqust ayında təqdimatı keçirilən ISOCELL Bright HMX adı verilən 108 MP-lik sensor ilk dəfə Xiaomi Mi Note 10 modelində istifadə olundu. IceUniverse tərəfindən sızdırılan məlumatlara görə isə Galaxy S11 modelində eyni piksel səviyyəsinə malik, amma daha təkmilləşdirilmiş 108 MP-lik kamera sensorundan istifadə ediləcək.

2,4μm kimi inanılmaz ölçüdə olan kamera sensoru 12 Mp-lik şəkillər çəkəcək. Lakin 108 MP-lik çəkiliş rejimi də olacaq.

Bu sensorun ən üstün cəhəti periskop kamera sisteminə malik olmasıdır. Həmçinin daha fərqli optik yaxınlaşdırma dəstəyinə də malik olacaq. Bu kimi səbəblərdən yeni flaqmanın gecə çəkim performansı da S10-a nəzərən daha yaxşı olacaq. Galaxy S11 modelinin Fevral ayında təqdimatı olacağı gözlənilir./Technote/

COP29

www.yenicag.az

1474
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv