!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sarqsyan öz nağılları ilə cəmiyyəti çaşdırmağa çalışır” – Hərbi ekspert

!Reklam – Yazi

“Son bir ayda Ermənistanın sabiq prezidentləri Serj Sarqsyan və Robert Köçəryan siyasi baxımdan, çox fəallaşıblar. Onlar tez-tez erməni mətbuatında müxtəlif formada çıxış edirlər”.

Yenicag.az “MediaPost”a istinadən xəbər verir ki, bunu hərbi ekspert Ramil Məmmədli deyib.

R. Məmmədlinin fikrincə, onlar cəfəng fikirlər səsləndirməklə, aprel məğlubiyyətlərini gizlətməyə çalışırlar:

“Xüsusilə Sarqsyan bugünlərdə Aprel döyüşləri barədə açıqlama verərkən öz nağılları ilə cəmiyyəti çaşdırmağa çalışırdı. Erməni generalı Arkadiy Ter-Tadevosyan müsahibəsində Azərbaycan Ordusunun uğuru haqqında geniş şəkildə şərh vermişdi. O bildirmişdi ki, Azərbaycan tərəfi istədiyinə nail olub. Ermənistanın hazırkı hökuməti də, Serj Sarqsyan da yaxşı başa düşür ki, Azərbaycan Ordusu 1992-ci ilin ordusu deyil. İllər ərzində bütün qoşun növləri müasir silah və texnikalarla təmin edilib. Bundan narahat olan Sarqsyan da müxtəlif yalan məlumatlar yaymaqla, öz cəmiyyətini aldatmaqla məşğuldur. Onun guya Aprel döyüşlərində Türkiyə və İsraildən olan təlimatçıların iştirak etdiyini deməsi də buna nümunədir. Özümüz də dəfələrlə video-çəkilişlərdə gördük ki, hərbçilər azərbaycanlılar idi”.

Hərbi ekspertin sözlərinə görə, Sarqsyanı belə danışmağa vadar edən əsas səbəb Ermənistan cəmiyyətində Azərbaycan Ordusunun əsgərinin gücünü, qüdrətini, peşəkarlığını, hərbi bilik və bacarıqlarını kiçiltməyə çalışmaqdır:

“Sarqsyan öz cəmiyyətini inandırmaq istəyir ki, Azərbaycan Ordusu güclü deyil, buna görə də ordusunda Türkiyə və İsraildən olan hərbçilər yer alıb. Azərbaycan Ordusunun Türkiyə və İsraildən olan təlimatçıların nəzarətində olması təəssüratını yaratmağa çalışır. Bu isə ağ yalandır. Onlar belə yalanlarla öz məğlubiyyətlərini gizlətməyə çalışırlar. Hakimiyyət taxtını devirən Aprel döyüşlərindən sonra kütləvi istefalar olan ordunun demək olar ki, bütün rəhbər heyəti dəyişdirildi. Məğlubiyyətdən sonra ancaq yalan məlumatlar yaymaqla “qisas ala bilərlər”. Cəmiyyət də bu fikirləri ciddi qəbul etmir. Bizim üçün Sarqsyan hakimiyyətinin devrilməsi ilə nəticələnən Aprel döyüşləri qələbədir. Bundan sonra deyilən heç bir fikir əhəmiyyətli deyil”.

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv