Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
Yenicag.az xəbər verir ki, “Sabah” komandası “Səbail”i qəbul edib.
“Əlincə Arena”da keçirilmiş görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
Bu qələbə sayəsində xallarını 20-yə çatdıran “Səbail” 2-ci pilləyə yüksəlib. 16 xala malik “Sabah” isə 4-cü pillədə qalıb.
Günün digər oyununda “Neftçi” “Zirə”ni qəbul edəcək. Tura noyabrın 11-də keçiriləcək “Qəbələ” – “Qarabağ” və “Sumqayıt” – “Keşlə” matçları ilə yekun vurulacaq.
www.yenicag.az