“Səfiri çox çətin iş rejimi gözləyir”
Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Cekuta çıxışında qeyd edib ki, anlaşma vә qarşılıqlı hörmәti güclәndirib daha möhkәm әlaqәlәr qurulacaq.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Amerika səfirini çətin iş rejimi gözləyir: “Bir tərəfdən Azərbaycan-Amerika münasibətlərini yeni müstəviyə aparmalı olan səfir digər tərəfdən də Vətəndaş cəmiyyətini razı salacaq addımlar atmalıdır. Vətəndaş Cəmiyyəti və Demokratik düşərgə yeni səfirdən gözləntiləri çoxdur. İki il öncə Amerikanın aparıcı institutları fəaliyyət göstərən ölkədə bugün demək olar ki fəaliyyət sıfıra bərabərdir. Səfir üzərinə götürdüyü ağır işin məsuliyyətini anlayır və atacağı hər addıma və dediyi hər bir sözə görə, ehtiyat edəcək. Amerikanın enerji sahesinde, Xəzərin təhlükəsizliyi sahəsinde terrorla mübarizə və s. sahələrdə Azərbaycanla güclü tərəfdaşlığı mövcuddur.Lakin Amerika digər tərəfdən İnsan Haqları və Demokratiyanı dəstəkləyən əsas ölkədir. Bu baxımdan qarşıda maraqlı siyasi proseslər yaşayacağmızı artıq indidən görmək olur”.
Kamran/Yenicag.az