Şəhid anası xəstəlikdən vəfat etdi

media-hightechnic-468x90

Aprel döyüşləri və Zəfər Yürüşünün iştirakçısı olmuş şəhidimizin anası dünyasını dəyişib.

“Unikal”ın məlumatına görə, 1966-cı il təvəllüdlü Mingəçevir şəhər sakini Əliyeva Ulduz Firuddin qızı uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, o, 1994-cü il təvəllüdlü şəhid döyüşçü Əliyev Elçin Rüstəm oğlunun anasıdır. Elçin Əliyev 2016-cı il Aprel döyüşlərinin və 2020-ci il Zəfər Yürüşünün iştirakçısı olub. Elçin Əliyev sentyabrın 28-də Talış kənd döyüşləri zamanı döyüş maşınının yanına mərmi düşməsi nəticəsində şəhid olub.

Bir çox təltiflərə, o cümlədən, “Vətən uğrunda” medalına layiq görülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa