Şeyx biabır etdi: “Ora-burasını açır, pullu kişi tapır, sonra da...”

media-hightechnic-468x90

“Efirə baxa bilmirəm, əsəbimdən təzyiqim qalxır. Baxırsan ki, fiqura, sinə-baş, gözəllik yerində, di gəl, ağzını açanda bilmirsən danışır, ya mahnı oxuyur. Nə səs var, nə səs duyumu. Bunlardır mədəniyyətimizi kor qoyan”.

Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyli şou-biznes əhlini sərt tənqid edib.

Yenicag.az-a açıqlama verən rejissor bir çox müğənnilərin xarici görünüşü və maddi dəstək hesabına qabağa getdiklərini bildirib:

“Deyir, görünüşüm var, bir az da ora-burasını açır, üz-gözünü bəzəyir, pullu kişi tapıb, gedirlər qabağa. Deyir, mənə baxacaqlar da, oxumasam da olar. Biabırçılıqdır vallah, hamı olub müğənni. Hələ utanmaz-utanmaz xalqın da adından danışırlar. Deyirlər xalq məni sevir. Televiziyaların səhər proqramlarına baxırsan, hamısında həmin müğənnilərdir. Bunları efirdən yığışdırmaq lazımdır. Nə qədər olar axı”.

Cəvahir

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600