Əməkdar artist, tanınmış aktrisa Xalidə Quliyeva heç vaxt plastik əməliyyat etdirmədiyini deyib.
Yenicag.az-a açıqlama verən aktrisa bunun səbəbini belə izah edib:
“Estetik, ya da plastik əməliyyat etdirsəydim, əvvəllər edərdim. 30-40 yaşımda bunu etmədimsə, indi niyə edim? Bilmək olmaz, bəlkə sabah-birigün buna məcbur olub, edəcəm… deyə bilmərəm. Hələ ki, fikrim yoxdur. Ancaq plastik əməliyyat etdirən insanlara da pis baxmıram. Bəzən plastik əməliyyat etdirən xanımların hamısı bir-birinə bənzəyir. Baxırsan ki, hamısında eyni burun, eyni dodaqlardır. Hətta onları bir-birindən ayırmaq belə mümkün olmur. Gərək bu əməliyyatları da elə etdirəsən ki, simanı itirməyəsən. Hər qadının öz siması, şarmı və üz cizgiləri var, hansı ki, ona yaraşıq verir. Çox vaxt əməliyyat zamanı həmin cizgilər yox çıxır. Bu da sonradan psixoloji problemlərə gətirib çıxarır”.
Cəvahir
www.yenicag.az