“Siyasi məhbusların azadlığı məsələsi müzakirə ediləcək”
Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli açıqlamasında AŞPA prezidentinin yaxın günlərdə Azərbaycana gözlənilən səfərini şərh edib:
“Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynaya yönəldiyi bir vaxtda bundan istifadə edərək repressiyaları daha da genişləndirib. Ümid edirəm ki, bu səfər hakimiyyət üçün bir siqnal olacaq. Ayrıca belə bir məlumat da yayılmışdır ki, Avropa Şurasının rəhbərliyi siyasi məhbusların azad edilməsi ilə bağlı hakimiyyətlə hansısa razılığa gəlib. Ola bilər bu səfər çərçivəsində vicdan məhbuslarının, o cümlədən Tofiq Yaqublunun, Yadigar Sadıxovun, Fərəc Kərimlinin, Leyla Yunusun, Arif Yunusun, İlqar Məmmədovun və digərlərinin azad edilməsi istiqamətində danışıqlar aparılacaq”.