SOCAR-dan neftlə bağlı mühüm açıqlama

media-hightechnic-468x90

475602015-ci ilin mart ayı ərzində 2 milyon 037 min 735 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu həcmin 1 milyon 226 min 279 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 6 milyon 862 min 055 ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara verilən gündən 2015-ci il aprelin 1-dək Ceyhan limanından 268 milyon 801 min 145 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

2015-ci ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 521 min 925 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 222 min 202 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il aprelin 1-dək BTC-yə 271 milyon 062 min 048 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin mart ayında BTC kəməri ilə 374 min 500 ton Qazaxıstan və 300 min 333 ton Türkmənistan nefti nəql olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600