SOCAR "Fənərbaxça"nın sponsoru olacaq? - RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Aziz Yıldırım prezidenti olduğu “Fənərbaxça” klubuna sponsor axtarır. Türkiyə mətbuatının yaydığı məlumata görə, o, SOCAR-ın komandaya sponsor olması üçün çalışır. Belə ki, Yıldırım “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova müraciət edib. Yıldırım məhz Mənsimovun köməyi ilə SOCAR-ı kluba sponsor gətirmək niyyətindədir.

media-banner_tuq

Məsələ ilə bağlı “Palmali Şirkətlər Qrupu”nun Bakı nümayəndəliyinin və “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan H.Cəbrayıloğlu xəbəri təkzib edib.
“Xəbər həqiqətə uyğun deyil. Ortaya atılan şayiədir”

Qeyd edək ki, “Fənərbaxça” büdcə baxımından hazırda UEFA-da riskli klublar siyahısında yer alır.

Aygün İlqarqızı
Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05