!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrdə “çirkli” pulların YUYULMASI: “Bəzi məmurlar fenomenlərdən daha çox...”

!Reklam – Yazi

“İstər bloqer, istər məmur, istərsə də müğənni olsun, hər kəs qanun qarşısında bərabər tutulmalıdır”.

Bu fikirləri sosial şəbəkələrin Azərbaycan seqmentində “çirkli pullar”ın yuyulması ilə məşğul olan fenomenlərin saxlanılmasına dair xəbərlərə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əgər “çirkli pullar”ın yuyulması haqda iddialar varsa, onlar mütləq sübuta yetirilməlidir:

“Sosial şəbəkə fenomenlərinin fəaliyyətini haradasa müğənnilərlə müqayisə etmək olar. Məsələn, yeni il gecəsində iştirak üçün 45 dəqiqəsinə 50 min manat qonorar verilən müğənnilər var. Əgər “çirkli pullar”ın yuyulmasına qarşı mübarizəyə başlanılıbsa, bu, bütün fəaliyyət sahələrini əhatə etməlidir.

Çünki gəlir varsa, o puldan vergi də ödənilməlidir. Müğənnilər aldıqları qonorarın bir hissəsindən vergi ödəyirlərmi? Xeyr! Elə bu da “çirkli pullar”ın yuyulmasının bir növüdür. Ümumiyyətlə, çirkli pullar”ın yuyulması ilə Azərbaycandakı sosial şəbəkə fenomenlərindən çox bəzi məmurlar məşğuldur.

İstər bloqer, istər məmur, istərsə də müğənni olsun, hər kəs qanun qarşısında bərabər tutulmalıdır. Bunun üçün isə bütün dünyada tətbiq olunan qaydalar var: gəlir və xərclərin bəyannaməsi, dövlət reyestrlərinin açıq olması və sair.

Gəlir bəyannaməsinin verilməsi daha çox məmurlar üçün tətbiq olunmalıdır. Məmurun maaşı, xərclər, mülkiyyətində olan daşınmaz əmlakların sayı, onların necə alındığı ilə bağlı ictimaiyyətə məlumat təqdim edilməlidir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

2161
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv