!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Soyadıma nə ehtiyac var ki?" - "Topaz"dakı xanım

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, “Topaz” mərc şirkəti bu günə olan mərc proqramına ermənilərin təsis və himayədarlıq etdiyi Rusiya II Liqasının Mərkəz zonasında çıxış edən “Ararat”la “Tümen” arasında keçiriləcək yoldaşlıq matçını daxil edib.

Yenicag.az məsələ ilə bağlı “Topaz”a müraciət etsə də, maraqlı reaksiya ilə qarşılaşıb.

Düzdür, əməkdaşımızla söhbətində özünü marketinq şöbəsinin işçisi kimi təqdim edən Lütfiyyə adlı xanım bunun texniki səhv olduğunu bildirib.

Lakin Lütfiyyə xanımın hansı vəzifəni daşıdığını, soyadını öyrənmək istəsək də, o, buna olduqca qəribə cavab verdi:

“Soyadıma nə ehtiyac var ki? Mən sizə rəsmi olaraq cavab verdim. Ad, soyad yazmağa ehtiyac yoxdur. Sizə özümü təqdim etdim”.

Görünür, Lütfiyyə xanım rəsmi şirkətdə işlədiyini unudub, ya da bunun fərqində belə deyil. Halbuki, biz ona özümüzü təqdim edərkən rəsmi mövqe üçün ad və soyadın, eləcə də tutduğu vəzifənin yazılmasının önəmindən bəhs etmişdik.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Ümumiyyətlə, “Topaz”a zəng edərkən, marketinq və media şöbəsinə nəzarət edən şəxsləri tapmaq, onlardan hansısa məsələ ilə bağlı açıqlama almaq ucu-bucağı görünməyən səhrada bir damcı su tapmaqdan da çətindir.

Sonda onu da qeyd edək ki, “Topaz”ın mərc proqramına daxil etdiyi “Ararat” klubu Ermənistanın dövlət maraqlarına xidmət edir. Mütəmadi olaraq, bu komandanın oyununda Dağlıq Qarabağdakı separatçı rejimin “bayrağ”ı nümayiş olunur.

EMİN SƏFƏROV

COP29

www.yenicag.az

2615
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv