“Sinə rekonstruksiyası xərçəng müalicəsinin bir hissəsi olmaqla yanaşı, xəstələrin psixoloji sağlamlığını bərpa edərək onların müalicəyə daha müsbət yanaşmalarını təmin edir”.
Yenicag.az-a açıqlama verən Türk Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyinin sədri Dr.Şükrü Yazar sinə rekonstruksiyasının xəstələrə yalnız fiziki baxımdan deyil, psixoloji cəhətdən də böyük faydalar gətirdiyini qeyd edib:
“Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür. Hər 8 qadından biri həyatında bu xəstəliyə tutulma riski daşıyır. Xərçəng müalicəsi zamanı sinənin bir hissəsi və ya tamamilə götürülməsi xəstələrdə ciddi psixoloji təsirlər yarada bilər. Bu, yalnız fiziki sağlamlığı deyil, həm də psixoloji vəziyyəti ağırlaşdırır”.
“Biz plastik cərrahiyyə mütəxəssisləri, sinə rekonstruksiyasının xəstələr üçün əhəmiyyətli bir bərpa prosesi olduğunu bildiririk. Sinə rekonstruksiyasının yalnız fiziki bərpa deyil, həm də xəstələrin psixoloji sağlamlığını gücləndirdiyini vurğulayır. Sinə rekonstruksiyası iki əsas üsul ilə həyata keçirilir: implantlardan istifadə və xəstənin öz toxumalarından istifadə edilərək”, – deyə o, əlavə edib.
Daha ətraflı videomüsahibədə:
Məsimə Məmmədova
Samir Məcidov
www.yenicag.az