Sumqayıtda “təmir pulu” yığılır
İcra başçısının təlimatına əsasən hər müəllimdən 25-30 manat alınır
Ölkənin ən iri 3-cü şəhəri olan Sumqayıtda büdcə təşkilatları yenidən pul yığımına məruz qalıb.
Verilən məlumata görə, şəhər İcra Hakimiyyətinin təlimatı əsasında toplanan pullar təmir işlərinin adı altında yığılır.
Onların verdiyi xəbərdə deyilir ki, Sumqayıtdakı bütün idarə və müəssisələr, habelə yerli sahibkarlardan şəhərdə təmir və bərpa işlərinin aparılması üçün pul alınır. “Təmir pulu” kimi ad çüxarmış həmin yığımın ən əsas ağırlığı isə müəllimlərin üzərinə düşüb. Belə ki, onların hər birindən 25-30 manat məcburi qaydada pul alınır.
Məlumatda deyilir ki, Sumqayıtın icra başçısı Eldar Əzizovun göstərişinə əsasən həyata keçirilən “kampaniya”ya etiraz edənləri cəza gözləyir. Məsələn, müəllimlər əgər tələb olunan pulu verməsələr, onların dərs saatları azaldılmaqla yanaşı, işdən çıxarıla biləcəkləri də diqqətlərinə çatdırılıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.