“Əmək haqqı və təqaudlərin artırılmasından sonra baş verən bahalaşmanı tam olaraq suni qiymət artımı adlandırmaq doğru deyil”.
Bu fikirləri ölkədə maaş və təqaüdlərin artırılmasından sonra yenidən müşahidə olunan bahalaşma prosesinə münasibət bildirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, suni qiymət artımı baş verərsə, bu zaman dövlət qiymətlərə müdaxilə edə bilər:
“Azərbaycanda təqaüd və maaş artımlarına dair qərardan sonra məhsulların bahalaşması prosesi müşahidə olunur. Ümümiyyətlə, əmək haqqı və təqaudlərin artmasından sonra mağazalarda qiymətlərin qalxmasını tam olaraq nə suni, nə də təbii qiymət artımı adlandırmaq doğru deyil.
Çünki burada hər iki amlin rolu var. Yəni əhalinin gəlirlərinin artması inflyasiyanı bilavasitə tətikləyən faktordur. Təssuf ki, bunu dövlət tərəfindən tənzimləmək mümkün olmur. Dövlət hər məhsulun qiymətinə müdaxilə edə bilməz. Qiymətləri bazar özü tənzimləyir. Əgər suni qiymət artımı baş verərsə, bu zaman dövlət müdaxilə və nəzarət edir”.
Nuray Məmmədzadə
www.yenicag.az