Taekvondoçularımız Cənubi Koreyaya getdilər

media-hightechnic-468x90

Qadın taekvondoçulardan ibarət Azərbaycan millisi hazırlığı ölkə xaricində davam etdirəcək.

media-banner_tkm

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, yığma baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.

Qarşıdakı yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıq prosesində 7 taekvondoçu iştirak edəcək. Məşqçilər korpusu səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı aparıblar.

Bu gün Cənubi Koreyaya yollanan komanda fevralın 28-də Vətənə dönəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05