ARB TV-nin efirində yayımlanan “Səhər-Səhər” verilişində müğənni “Faytonçu” Nazimlə jurnalist Tahirə Məmmədqızı arasında qalmaqal yaşanıb. Davaya səbəb jurnalistin müğənnini əməliyyat edən həkimin tərəfini saxlaması olub.
Yenicag.az-a açıqlama verən jurnalist Tahirə Məmmədqızı məsələyə belə aydınlıq gətirib:
“Nazim müalicə olunduğu ilk vaxtlarda ona zəng edib, dərdinə şərik çıxanlardan biri mən olmuşam. Ondan bu hərəkəti gözləməzdim. Verilişdə mən ona dedim ki, niyə axı həkimi günahkar sayırsan, axı məhkəmə onun günahını sübuta yetirməyib. O da üstümə gəldi və qarğış elədi. Problem ondadır ki, Bakıdakı Milli Onkologiya Mərkəzində ona onkoloji xəstə olmasıyla bağlı diaqnoz qoyulub. Amma xarici ölkədə ona “xərçəng” xəstəsi olmadığı deyilib. Məhkəmə müəyyən etməlidir ki, günahkar kimdir. Verilişdən sonra o üstümə yeridi ki, efirdə yaranan anlaşılmazlığa aydınlıq gətirsin. Düzdür, məndən üzr istəmədi, amma məsələyə aydınlıq gətirdi. Qaldı ki, onun mənə qarğış etməsinə, xəstə adamdır. Ona nə deyim? Allah şəfa versin”.
Cəvahir
www.yenicag.az