Talibandan dəhşətli hücum - 20 əsgər öldü

media-hightechnic-468x90

“Taliban” yaraqlılarının Bağdis əyalətində yerləşən hərbi bazaya silahlı hücumu nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin 20 əsgəri ölüb.

media-banner_tkm

Yenicag.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın sülh elçisi ilə danışıqların davam etdiyi bir vaxtda hökumət qüvvələrinin yerləşdiyi hərbi bazaya minaatanlar və avtomat silahlardan atəş açılıb.

Hərbi bazanın yerləşdiyi Bağdis əyalətinin rəsmi nümayəndəsi Məhəmməd Nəsir Nəzəri bildirib ki, “Taliban”ın gecə saatlarında başlayan hücumu gün ərzində davam edib. O əlavə edib ki, çoxlu sayda yaralılar var və onların əksəriyyətinin vəziyyəti ağırdır.

“Taliban” hərəkatının sözçüsü Qari Yusuf Əhmədi bəyan edib ki, onun təmsil etdiyi təşkilat terror aktına görə məsuliyyəti öz üzərinə götürür.

Daha bir silahlı hücum Əfqanıstanın Bağlan əyalətində baş verib. Oradakı Puli Xumri şəhərində xəstəxananın atəşə tutulması nəticəsində bir həkim həlak olub, on səkkiz xəstə yaralanıb. Şərqi Nanqahar əyalətində isə mikroavtobusun partladılması nəticəsində 5 nəfər yaralanıb. Bu terror aktlarına görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05