Amerikalı komediya ustası və teleaparıcı Ellen DeGeneres maraqlı addımı ilə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, o aparıcısı olduğu verilişdə böyük sürprizə imza atıb.
Belə ki, Ellen “Bir milyon yaxşılıq” adlı kampaniya çərçivəsində 1 milyon dolları verilişi studiyadan izləyən tamaşaçılara paylayıb.
Qeyd edək ki, studiyadan verilişi 100 nəfər izləyib. Bu isə hər bir tamaşaçının 10 min dollara sahib olması deməkdir.
www.yenicag.az