Tanınmış aktyor məcburi köçkünləri təhqir etdi

media-hightechnic-468x90

610x380xqorxmaz.jpg.pagespeed.ic.fy_ztyxgUuTanınmış aktyor-şoumen Qorxmaz Əlili məcburi köçkünləri təhqir edib.

media-banner_tkm

Ölkə.az-ın məlumatına görə, Əlili sosial şəbəkədə Azərbaycanın ən qocaman jurnalistlərindən olan Şirməmməd Hüseynovun televiziyadakı çıxışına münasibət bildirərkən bu sözləri yazıb:

“Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. İyirmi faiz əsil qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər”.

Qeyd edək ki, aktyor ANS-də yayımlanan “İstiqlal Şirməmməd Hüseynovla” layihəsindən bir hissəni paylaşaraq bu sözləri yazıb.

İntiqam VALEHOĞLU

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05