!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Müğənnilər çörəyimizi əlimizdən alıb”

!Reklam – Yazi

Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev müğənnilərdən gileylənib.

Yenicag.az-a açıqlama verən aktyor şou əhlini tənqid atəşinə tutub:

“Yalnız məvaciblə dolanmaq, ailə saxlamaq olmur. Mütləq əlavə qazanc yeri olmalıdır. Aktyorun da qazanc yeri nə ola bilər ki? Tamada kimi el məclislərində iştirak etmək. Vaxtilə toylarda tamadalıq edib, pul qazanırdım. Pis də dolanmırdıq. Amma indi müğənnilər çörəyimizi əlimizdən alıb. Özləri oxuyur, özləri də tamadalıq edirlər, daha bizə ehtiyac qalmır. Bu da toy sahibinə sərf edir”.

Aktyor filmlərdə görünməməyinin də səbəblərini açıqlayıb:

“Çox istərdim ki, seriallarda və filmlərdə rol alım. Amma bu, mənim istəyimlə deyil. Gərək rejissor dəvət etsin ki, mən də hansısa filmdə, ya serialda çəkilim”.

Cəvahir

www.yenicag.az

2706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv