Tanınmış aparıcı: “Buna görə boşanmaların sayı artıb”
“Dədə-babalarımızın dönəmində ailə necə qurulurdusa, indi də elə qurulmalıdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib.
O, boşanmaların sayının artmasının səbəbini açıqlayıb:
“Fikirləşirəm ki, dədə-babalarımızın dönəmində ailə necə qurulurdusa, indi də elə qurulmalıdır ki, boşanmaların da sayı azalsın. Bəlkə də məni mühafizəkarlıqda qınayacaqlar, tənqid, təhqir yazacaqlar, amma öz fikrimdə qətiyəm. Nəsillər bilməlidir ki, hansı nəslə bağlanır, o bağ möhkəm olacaq, ya yox. Əvvəllər belə idi, indi belə olmadığı üçün boşanmaların da sayı artıb. Yadımdadır ki, bacıma elçi gələndə nə qədər seyidlə gəlmişdilər ki, atam qızı versin. Çünki atam bacımı vermirdi ki, hansısa yeddi arxa dönənində pis nə isə olub. Düz 8 dəfə elçi gəlmişdilər. Hesab edirəm ki, qız alıb-verəndə mütləq soruşulmalıdır. Genetika öz sözünü deyir, ona görə ki ot kökü üstündə bitər”.
Nehru