Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: "Münasibətlər süni intellekt kimi olub!”

media-hightechnic-468x90

“On ildən sonra bu günümüzə şükür edəcəyik. Ona görə də hələ ki, bu günümüzə şükür edək”.

Yenicag.az xəbər verir ki, bu sözləri bəstəkar və müğənni Cabbar Musayev “Günaydın Azərbaycan” verilişində deyib.

Dostluq və münasibətlərin əvvəlki səmimiyyətini itirdiyini vurğulayan sənətçi, vəziyyətin getdikcə daha da acınacaqlı hal aldığını bildirib:

“Əvvəllər insanlar arasında möhkəm dostluq və gözəl münasibətlər var idi. Amma indi əvvəlki təbiilikdən nə qalıb? Söhbət yalnız dostluq münasibətlərindən getmir, ümumiyyətlə hər bir işdən, hər bir münasibətdən gedir. O əvvəlki təbiilikdən əsər-əlamət qalmayıb. Münasibətlər də, dostluqlar da süniləşib. Süni intellekt kimi. On ildən sonra bu günümüzə şükür edəcəyik. Ona görə də hələ ki, bu günümüzə şükür edək”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa