Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: Məclisə Rafət El Roman gəldi - VİDEO

media-hightechnic-468x90

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib.

Yenicag.az-ın Manset.az-a istinadən məlumatına görə, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu İsmayıl Sadiqliyə “Buta Palace”da möhtəşəm toy keçirib.

S.İsmayıl Nigar adlı xanımla ailə həyatı qurub. Gəlin Rusiyada fəaliyyət göstərən tanınmış biznesmenlərdən birinin qızıdır.

İş adamı Cəbrayıl Sadiqli toya məşhur türk müğənnisi Rafet El Romanı dəvət edib.

Mərasimdə Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və tanınmış muğam ifaçısı Mirələm Mirələmov, Nuri Sərinləndirici və başqa məşhurlar iştirak edib. Sənətçilərlə bərabər bir sıra siyasətçilər, məşhur biznesmenlər, ictimai xadimlər məclisdə qonaq olub.

Qeyd edək ki, Cəbrayıl Sadiqli Azərbaycanda “Dəniz” mebellər şəbəkəsinin və bir sıra biznes obyektlərinin sahibidir.

Toydan görüntüləri təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600